Kasilyas “Real”dakı ən pis xatirəsini danışdı

00:20 23-11-2020 17

Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas “kral klubu”ndakı ən pis xatirəsini yada salıb.

Bu barədə “El Pais” məlumat yayıb.

İker Kasilyas sözügedən xatirənin klubdan ayrılması olduğunu bildirib. O, komandadan ayrılması vəziyyətinin nə komandanın səviyyəsinə, nə də uzun müddət burada oynamış futbolçuya yaraşmadığını qeyd edib.