Ermənilərin dinc əhalimizə hücum etdiyi hərbi infrastruktrun görüntüləri - VİDEO

17:10 22-11-2020 11

“Diplomatik korpus nümayəndələrinin Ermənistanın işğalından azad edilmiş Füzulidəki ən güclü hərbi mövqelərindən birinə səfəri. Əsasən, bu mövqedən Azərbaycanın dinc əhalisinə hücum etdilər. Ermənistan işğalı davam etdirmək üçün bu lazımsız hərbi infrastrukturun yaradılmasına böyük sərmayə qoyub”.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.