İsmayıllıda sexdə güclü yanğın

15:10 22-11-2020 14

İsmayıllı rayonunda ümumi sahəsi 450 kvadrat metr olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 300 kvadrat metr sahədə, içərisində yığılan 30 ton ot bağlamasının beş tonu və 22 kubmetr taxta materialının 2 kubmetri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sexin, ot bağlamalarının və taxta materialının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.