ABŞ-da koronavirusun “Tramp kokteyli” ilə müalicəsinə icazə verildi

11:50 22-11-2020 10

ABŞ-da bəzi koronavirus xəstələrinin Prezident Donald Trampın xəstəlik zamanı qəbul etdiyi “Regeneron Pharmaceuticals” biotexnologiya şirkətinin hazırladığı REGN-COV2 anticisim “kokteyli” ilə müalicəsinə icazə verilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

ABŞ-ın Qida və Dərman İdarəsindən (FDA) bildirilib ki, sözügedən vasitə yalnız fövqəladə hallarda xəstəliyi yüngül və orta şəkildə keçirən xəstələrdə istifadə olunacaq.

Oskigen terapiyası və ya xəstəliyi ağır şəkildə keçirələnlər üçün sözügedən “kokteyl” istifadə edilməyəcək.