“Dalğalan şəfəqlər kimi”: Ağdamın daha bir kəndində Azərbaycan bayrağı ucaldıldı - FOTO

10:30 22-11-2020 14

Azərbaycan ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

AZƏRTAC xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.