Çin “sağlamlıq kodları” yaratmaq barədə çağırış edib

08:00 22-11-2020 17

Çin Xalq Respublikasının Sədri Si Cinpin “Böyük iyirmilik” (G-20) ölkələrinin liderləri arasında keçirilən videokonfransda çıxışı zamanı koronavirus testlərindən alınan məlumatlara əsaslanan vahid beynəlxalq “sağlamlıq kodları” mexanizminin yaradılmasını təklif edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Çin lideri bildirib ki, “sağlamlıq kodları” mexanizmi beynəlxalq səviyyədə tanınan QR-kodlar (Quick Response Code – “Tez cavab”) formasında nuklein turşusunun testlərinin nəticələrinə əsaslanacaq.

Lakin Si Cinpin sistemlə bağlı digər detalları açıqlamayıb.

Çində “Sağlamlıq kodları” yaz mövsümündən etibarən qüvvədədir.

Hər şəhərin öz sosial media sistemində kodları var.

Kod şəxsin olduğu yer haqqında məlumatları toplayır və epidemioloji vəziyyət baxımından onun olduğu ərazilərin nə qədər təhlükəsiz olub-olmadığını göstərir.