Bakıda yanğın olub

09:20 21-11-2020 16

Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, Suraxanı rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 100 kvadrat metr olan mənzildə ev əşyaları 5 metr sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub.

Bakı şəhərinin Sabunçu rayonunda isə ümumi sahəsi 22 kvadrat metr olan vaqon tipli köməkçi tikilinin içərisində əşyalar yanıb. Yanğın zamanı həcmi 50 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.