İƏT Gənclər Forumu Ermənistanın törətdiyi cinayətlərin geniş ictimaiyyətə çatdırılmasında dəstək olacaq - FOTO

18:35 20-11-2020 15

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev və Fərhad Hacıyev ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

GİN rəsmiləri Azərbaycanın tarixi zəfər qazandığı bir dövrdə bu səfərin baş tutduğu üçün məmnunluqlarını ifadə edərək, tərəflər arasında əməkdaşlığın daha da artırılmasının vacibliyini və Azərbaycanın hər zaman olduğu kimi Forumun fəaliyyətlərinə dəstək göstərəciyini vurğulayıblar.

Səfər haqda ətraflı müsahibə verən Taha Ayhan Azərbaycan həqiqətlərinin, həmçinin dinc əhaliyə qarşı Ermənistanın törətdiyi cinayətlərin geniş ictimaiyyətə çatdırılması üçün İƏT Gənclər Forumunun lazımi işlər görəcəyini və geniş fəaliyyət aparacağını bildirib.