Beyin iflicindən əziyyət çəkən yeddi yaşlı Nurayın müalicəsi üçün pula ehtiyac var - FOTO/VİDEO

18:00 20-11-2020 11

Serebral iflicdən (beyin iflicinin ağır forması) əziyyət çəkən yeddi yaşlı Nuray Salahlının valideynləri Media.Az-ın redaksiyasına müraciət ediblər.

Belə ki, balaca Nurayın müalicəsi üçün ailənin 10 min manat məbləğində pula ehtiyacı var.

Nurayın anası Səbinə Salahovanın dediyinə görə, bu illər ərzində qızı Azərbaycanda müalicə alsa da, müalicə gözlənilən nəticə verməyib.

Uşağın valideynləri müalicə üçün türkiyəli həkim Sərdar Dağla əlaqə yaradıblar. Nurayın xəstəliyinin tarixini öyrənən türkiyəli həkim balacanı müalicə edə biləcəyini bildirib. Həkimin dediyinə görə, iki il ərzində Nurayın gəzməsinə və danışmasına nail olmaq mümkündür. İstanbula yollanmaq avqust ayına planlaşdırılırdı, lakin maliyyə çatışmazlığı səbəbindən Salahovlar səfəri təxirə salmağa məcbur olublar.

Hər ötən ay ərzində uşağın vəziyyətində geri dönməz proseslər baş verir.

“Əlimizdə olan hər şeyi, hətta çarpayını da satmışıq. Yerdə yatırıq. Nurayın müalicəsini təmin etmək üçün əlimizdən gələni edirik. Ancaq indi bütün ümidimiz uşağımıza yeni bir həyat bəxş edə biləcək səxavətli insanlaradır. Hamıdan imkan daxilində Nuraya kömək etmələrini xahiş edirəm”, - deyə Səbinə Salahova söyləyib.

Nuray Salahlıya kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər: