Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 26 nəfər vəfat edib - FOTO

16:35 20-11-2020 11

Azərbaycanda koronavirusa (COVID-19) 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 26 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 25215 nəfərdir.

Ölkədə son sutka ərzində 13618, hazırkı dövrədək isə 1 576 060 test aparılıb.

Ümumi ölənlərin sayı 1079 nəfərdir.

Ümumi yoluxanların sayı 87163 nəfər, ümumi sağalanların sayı 60869 nəfərdir.