Ermənistan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən qovulub

13:55 20-11-2020 17

Ermənistan Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Karen Mirzoyanı vəzifəsindən qovub.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məlumata görə, K.Mirzoyan 2019-cu ilin iyun ayında bu vəzifəyə təyin edilib. Buna kimi isə Dağlıq Qarabağda separatçı rejimin “XİN rəhbəri” vəzifəsində olub.