Trampın gəlini senator olmağa hazırlaşır

11:00 20-11-2020 16

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın oğlunun həyat yoldaşı Lara Tramp 2022-ci ildə senator olmaq üçün namizədliyini irəli sürəcək.

Bu barədə “New York Times” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 38 yaşlı Lara Tramp siyasi karyerasına doğulduğu Şimali Karolina ştatından başlamağı nəzərdə tutub.

Daha əvvəl isə respublikaçılar partiyasından olan Şimali Karolina ştatının senatoru Riçard Berr növbəti dəfə senator seçkilərində iştirak etməyəcəyini bəyan etmişdi.

Qeyd edək ki, L.Tramp ABŞ prezidentinin oğlu Erik Trampla 2014-cü ildə ailə həyatı qurub.