Sosial Müdafiə Fondu milyon dollarlıq avtomobil alışı həyata keçirib

10:50 20-11-2020 16

Dövlət Sosial Müdafiə Fondu 1,8 milyon manatlıq satınalma həyata keçirib.

milletinsesi.info-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, fond elan etdiyi açıq tenderə yekun vurub.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun avtomobillərin satınalınması üzrə elan etdiyi müsabiqənin qalibi “Subaru Azərbaycan” MMC olub. Şirkət tərəfindən avtomobillərin təmin edilməsinə görə 1 milyon 818 min manat həcmində ödəniş ediləcək.

Nigar Məmmədova