Ucarda yol qəzası nəticəsində ölən və xəsarət alan var - FOTO

22:25 19-11-2020 20

Ucarda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report-un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi “Hyundai” markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə minik maşınında olan sərnişin - 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. “Hyundai”ın sürücüsü F.Səlimov isə xəsarət alıb.

Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.