Türkiyə televiziyasında Azərbaycanın qələbəsinə həsr olunmuş konsert olacaq

20:15 19-11-2020 16

Azərbaycan ordusunun Dağlıq Qarabağdakı Ermənistan üzərindəki qələbəsi, Türk Radio və Televiziya Təşkilatının (TRT) musiqi kanalında konsertlə qeyd ediləcək. 

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Qarabağda bayram var” adlı konsert Türkiyə Musiqi Kanalında Azərbaycan xalq mahnıları və gözəl Azərbaycan rəqsləri ilə yayımlanacaq.

Konsert sabah Türkiyə vaxtı ilə 19: 45-də ( Bakı vaxtı ilə 20:45) TRT Musiqi Kanalında canlı yayımlanacaq.