Füzuli şəhərinin ərazisi minalardan təmizlənir

17:35 19-11-2020 12

İşğaldan azad edilən Füzuli rayonunun minalardan təmizlənməsi işlərinə başlanılıb.

Bunu Trend-ə açıqlamasında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib.

Onun sözlərinə görə, artıq Füzuli Rayon Polis Şöbəsi işğaldan azad edilən əraziyə köçürülüb:

“Ərazidə komendantlıq yaradılıb. Hazırda Füzuli-Əhmədbəyli avtomobil yolunun çəkilməsi üçün layihələndirilmə işləri aparılır. Ərazilərin minalardan təmizlənməsi başa çatandan sonra digər tikinti-təmir işlərinə başlanacaq”.