İsraildən iqtisadi əlaqələr üzrə ilk heyət Bəhreynə gedəcək

10:10 18-10-2020 14

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsindən iqtisadi əlaqələr üzrə ilk nümayəndə heyətinin bu gün Bəhreynə gedəcəyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, heyətə ölkənin Milli Təhlükəsizlik Təşkilatının başçısı Meir Şabbat rəhbərlik edəcək.

Netanyahu qeyd edib ki, Bəhreynə gedəcək heyət yüksək səviyyəli ölkə rəsmiləri və amerikalılarla görüşlərdə aviasiya, nəqliyyat, texnologiya, sənaye, ticarət, maliyyə, turizm, kənd təsərrüfatı, diplomatik münasibətlər, səhiyyə və mədəniyyət məsələlərini müzakirə edəcək.

O, səfər zamanı iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı sənədə əlavə bir protokol imzalanacağını da vurğulayıb.

Xəbər lenti