Qəbələdə çayxana yanıb

09:35 18-10-2020 10

Qəbələ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Vəndam qəsəbəsində ümumi sahəsi 45 kvadrat metr olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

Çayxananın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.