Baş Prokuror: “Ermənistan artıq odla oynayır”

18:20 17-10-2020 15

“Ermənilərin Gəncədə törətdikləri faciə bəşəriyyət əleyhinə olan cinayətdir”.

milletinsesi.info-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərin çox ciddi siyasi, hərbi, hüquqi məsuliyyəti olacaq:

“Ermənistan həm siyasi, həm diplomatik, həm hüquqi, həm də hərbi sahələrdə ciddi zərbələr alacaq. Mən hesab edirəm ki, Ermənistan rəhbərliyi odla oynayır. Onların bu hərəkətlərinə adekvat cavablar olacaq”.

Fərdin İsazadə

Xəbər lenti