Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin köməkçisi Filip Rikerlə telefonla danışıb

02:25 17-10-2020 15

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov 16 oktyabr 2020-ci il tarixində ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov həmsöhbətini bölgədəki son gərginliklə bağlı, o cümlədən Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məlumatlandırıb. Ermənistanın məqsədli şəkildə dinc əhalini və mülki infrastrukturu, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonları atəşə tutması, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalması və nəticədə ciddi insan itkisinin olması Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırılıb.

ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker humanitar atəşkəsə riayət olunmasının və siyasi dialoqun bərpa olunmasının vacibliyini vurğulayıb.