Arxiyepiskop: “Gəncəyə raket atılması çox iyrənc siyasi münasibətdir”

15:40 16-10-2020 15

“Bir müddət əvvəl Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirilib və bəyanat qəbul edilib. Amma oktyabrın 12-də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket atılıb. Bu, onu göstərir ki, çox iyrənc siyasi münasibət göstərilir”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, son vaxtlar erməni siyasətçilər daha çox dini mövzuları səsləndirirlər:

“Bildirirlər ki, bu münaqişə dini münaqişədir. Amma bu, düzgün deyil. Burada dinlərarası heç bir münaqişə yoxdur. Bakıda erməni kilsəsi var və heç bir zərər verilməyib. Burada hansı qarşıdurmadan söhbət gedə bilər ki?”

“Din xadimləri daim münaqişənin həllinə öz dəstəklərini göstəriblər. Humanitar atəşkəs imzalanandan sonra hamı ümid etdi ki, sakitlik olacaq. Amma olmadı.

Mülki əhaliyə atəş açıldı. Müharibə belə olmur, müharibə hərbçilər arasında aparılır. Mülki əhaliyə atəş açmaq barbar hərəkətdir”, - deyə A.İşein qeyd edib.

İlhamə Əbülfət

Xəbər lenti