Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Baş səhifə

Bakı. Trend:

Hörmüz boğazında batan Sinqapur bayrağı altında üzən “GFS Pride”
gəmisinin konteynerlərində təhlükəli kimyəvi maddələrin ola
biləcəyi bildirilir.

Bu barədə “Əl-Cəzirə” Oman hakimiyyət orqanlarına istinadla
məlumat yayıb.

Oman Dəniz Təhlükəsizliyi Xidmətinin açıqlamasında
konteynerlərdə təhlükəli kimyəvi maddələrin ola biləcəyi qeyd
olunub.




Məlumata görə, “GFS Pride” gəmisi çərşənbə günü mərmi zərbəsi
nəticəsində zədələnib, göyərtəsində yanğın baş verib və gəmi Oman
sahilləri yaxınlığında batıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə dəfələrlə gəmiləri
Oman sahilləri yaxınlığından keçən cənub marşrutundan istifadə
etməməyə çağırıb və Hörmüz boğazına nəzarəti əlində saxladığını
bildirib.