
Bakı. Trend:
2026-cı il sentyabrın 3-də Azərbaycan Respublikasının Əqli
Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə
Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən SOCAR əməkdaşları üçün
təlimlərə başlanılıb.
Tədbirin açılışında Mərkəzin direktoru Anar Hüseynov təlim
iştirakçılarını salamlayıb, mərkəzin fəaliyyəti barədə məlumat
verib. O, Agentlik tərəfindən həyata keçirilən maarfiləndirmə
tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki
Kitabxanasının direktoru Mübariz Məmmədli kitabxananın
fəaliyyətindən danışıb, kitabxananın fondunda saxlanılan elmi
ədəbiyyat barədə məlumat verib.
Təlim çərçivəsində Mərkəzin İxtira və faydalı modelin
ekspertizası şöbəsinin aparıcı məsləhətçi-eksperti Firuzə Bəhrəmova
“Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli
informationsiya sistemi barədə məlumat verərək onlayn müraciət və
iddia sənədinə daxil olan materialların sistemə yüklənməsi
qaydalarını əyani nümayiş etdirib.
Mərkəzin Açıq reyestr və dərcin rəqəmsallaşdırılması sektorunun
müdiri Gülcahan Əlimərdanova əmtəə nişanlarının hüquqi mühafizəsi
mövzusunda təqdimat edib, onların qeydiyyatı və ekspertizanın
aparılması prosedurlarını izah edib.
Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli Sənaye
Mülkiyyəti Obyektlərinin Reyestri (“Açıq reyestrlər”) barədə
məlumat verib, Agentliyin internet saytında müvafiq məlumatların
əldə edilməsini əyani nümayiş etdirib.
İnteraktiv formada keçən tədbirdə iştirakçıları maraqlandıran
suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər sentyabrın 15-dək davam edəcək.

