
Bakı.Trend:
İsveçli fəal Qreta Tunberq oktyabrın 13-də, çərşənbə axşamı,
Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən
məktəblilərə qoşulub.
Bu barədə Fransa KİV-də məlumat yayılıb.
Tunberq Pol Elyuar orta məktəbinə gəlib. Burada çoxsaylı polis
zorakılığı ittihamlarından sonra vəkillər yeniyetmələri müdafiə
etmək məqsədilə canlı zəncir yaradıblar.
“Gənclər müzakirələrdə iştirak etmirlər. Gələcəyimizi əlimizdən
alırlar”, – deyə Tunberq “Agence France-Presse” agentliyinə
bildirib.
Qeyd edək ki, Fransada etirazlar sentyabrın sonlarında Parisdə
başlayıb və sonradan ölkənin digər bölgələrinə yayılıb.
Nümayişçilər dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil
sistemindəki digər problemlərə etiraz edirlər.

