Dünyada qəhvəyə ən çox tələbat olan ölkələr açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Dünyada ən çox qəhvə Amerika Birləşmiş Ştatlarında istehlak
olunur.

Beynəlxalq Qəhvə Təşkilatı (ICO) ən çox qəhvə istehlak edən
ölkələrin siyahısını hazırlayıb.

Siyahıda 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına
qədər olan müddət ərzində olan qəhvə istehlakı üzrə qlobal
statistika əsas götürülüb.




ABŞ-də bu müddət ərzində qəhvə istehlakı 24,6 milyon kisə təşkil
edib. Braziliya 23,5 milyon kisə ilə cüzi fərqlə ikinci yerdə
qərarlaşıb. Sonrakı yerlərdə Almaniya (9,59 milyon), Yaponiya (6,25
milyon), İndoneziya (6,04 milyon), İtaliya (5,85 milyon), Fransa
(5,84 milyon) və Çin (5,42 milyon) qərarlaşıb.

İlk onluğu Vyetnam (5,2 milyon) və Rusiya (4,37 milyon)
tamamlayıb.

Adambaşına düşən illik orta qəhvə istehlakına görə isə
Lüksemburq liderdir. Bu ölkədə göstərici 19,85 kiloqram təşkil
edir.