Dünya Bankı 2026-cı ildə Azərbaycana 100 milyon dollara yaxın özəl kapital səfərbər edib

Baş səhifə

Bakı.Trend:

Dünya Bankı Qrupu 2026-cı maliyyə ili ərzində Azərbaycanda
təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapitalın səfərbər
edilməsinə nail olub.

Bu barədə cümə günü bankdan bildirilib.




“Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivə
sənədi (Country Partnership Framework) ölkənin daha
rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidinə dəstək üçün
yol xəritəsini müəyyən edir. Çərçivə sənədi iki məqsəd üzərində
qurulub: məhsuldarlığın və daha yaxşı iş yerlərinin artırılması,
eləcə də dayanıqlılığın və davamlılığın artırılması. Çərçivə sənədi
iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın inkişafına
və dayanıqlı maliyyəyə çıxışın genişləndirilməsinə yönəlib. Sənəd
ticarət və tranzit üçün Orta Dəhlizin inkişafını, rəqəmsal
infrastrukturun təkmilləşdirilməsini, habelə süni intellekt kimi
yeni texnologiyaların tətbiqini dəstəkləyir. Eyni zamanda, özəl
kapitalın səfərbər edilməsini, bərpa olunan enerji layihələrinin
genişləndirilməsini və suyun istifadəsində səmərəliliyin
artırılmasını nəzərdə tutur”, – deyə məlumatda qeyd olunur.

Xəbər yenilənir