
Bakı. Trend:
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi
ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19)
infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım
göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi
müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Sənədə əsasən, “Bakı şəhər Baş Səhiyyə
İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb
məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına
yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb
işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23
iyul tarixli 262 nömrəli qərarında dəyişiklik edilib.
Yeni qərarla həmin şəxslərə əlavələrin verilməsi müddəti 2027-ci
il yanvarın 2-dək uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət 2026-cı il oktyabrın 1-dək nəzərdə
tutulmuşdu.

