Cəbrayılda günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Baş səhifə

Bakı. Trend:

Cəbrayıl rayonunda bərpa olunan enerji mənbələri ərazisi kimi
müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının
tikintisinə icazə alınması müddəti daha bir il uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, müddət 2024-cü il oktyabrın 29-da qəbul edilmiş
və Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid
torpaq sahəsinin bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən
edilməsini nəzərdə tutan 466 nömrəli qərarla müəyyənləşdirilmiş
əraziyə şamil olunur.




Sənədə əsasən, günəş elektrik stansiyalarının tikintisinə icazə
alınması müddəti “Elektrik enerjisi istehsalında bərpa olunan
enerji mənbələrindən istifadə haqqında” Qanunun 6.7-ci maddəsinə
uyğun olaraq bir il uzadılıb.

Qərarın icrası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi tikintiyə icazə verildiyi halda, icazənin verildiyi gündən
üç gün müddətində, müəyyən edilmiş müddətdə icazə verilmədikdə isə
həmin müddətin başa çatdığı gündən üç gün ərzində bu barədə
Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərar 14 oktyabr 2026-cı il tarixində imzalanıb və həmin
tarixdən qüvvəyə minin.