
Füzuli. Trend:
Bu ilin sonuna kimi Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli
kəndlərinə əhalinin qayıdışı təmin olunacaq.
Qarabağ bürosu xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Təranə Quluyeva Trend-ə açıqlamasında
deyib.
O bildirib ki, oktyabrın 17-si həm Azərbaycan dövləti, həm də
füzulililər üçün əlamətdar gündür.
“Artıq bir neçə ildir ki, oktyabrın 17-də Füzuli şəhərinin
işğaldan azad olunması münasibətilə silsilə tədbirlər öz doğma
şəhərimizdə qeyd olunur.
“Hazırda Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində
bərpa və quruculuq işləri davam etdirilir. Hər iki kənddə işlər
yekunlaşmaq üzrədir. Bu ilin sonuna kimi həmin kəndlərə əhalinin
qayıdışı nəzərdə tutulur”, – deyə Təranə Quluyeva bildirib.

