“Barselona” “Rasinq”i 9 qollu La Liqa matçında darmadağın edib, Rafinyadan het-trik

Baş səhifə

Bakı. Trend:

İspaniya La Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turunda
“Barselona” və “Rasinq” komandaları arasında keçirilən oyun başa
çatıb. Qarşılaşma İspaniyanın Barselona şəhərindəki “Spotify Camp
Nou” stadionunda keçirilib. Matçın baş hakimi Xose Munuera Montero
olub. Ev sahibi komanda 7:2 hesabı ilə qələbə qazanıb.

İlk qolu 8-ci dəqiqədə “Barselona”nın müdafiəçisi Joau Kanselu
vurub. 25-ci dəqiqədə hücumçu Rafinya penaltini dəqiq yerinə
yetirərək kataloniyalıların üstünlüyünü iki topa çatdırıb. Beş
dəqiqə sonra “Rasinq”in yarımmüdafiəçisi Maqett Geye cavab
qollarından birini vurub. 36-cı dəqiqədə qonaqların hücumçusu Asyer
Vilyalibre topu öz qapısına göndərib. 42-ci dəqiqədə Rafinya matçda
ikinci qolunu vurub.




65-ci dəqiqədə hücumçu Yassir Zabiri “Barselona”nın qapısına
ikinci qolu vurub. İki dəqiqə sonra Rafinya penaltidən fərqlənərək
het-trik rəsmiləşdirib. 79-cu dəqiqədə kataloniyalıların hücumçusu
Qabriel Jezus qonaqların qapısına altıncı qolu vurub, 89-cu
dəqiqədə isə vinger Lamin Yamal yekun hesabı müəyyənləşdirib –
7:2.

İspaniya çempionatında altı oyundan sonra “Barselona” 18 xal
toplayaraq turnir cədvəlinə başçılıq edir. “Rasinq”in hesabında 7
xal var və komanda 12-ci pillədə qərarlaşıb.