Azad edilmiş ərazilərin bərpasına 4 ildə 13,2 milyard manat ayrılacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən
qurulması və bərpası ilə bağlı xərclərin 2027–2030-cu illərdə 13,2
milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən
Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.

Sənədə əsasən, qeyd olunan vəsaitin dövlət büdcəsinin əsaslı
xərclərində xüsusi çəkisi 24,1 faiz təşkil edəcək.

Bildirilib ki, 2027-ci il üçün dövlət büdcəsinin əsaslı xərcləri
çərçivəsində bir sıra strateji əhəmiyyətli tədbirlərin və dövlət
proqramlarının maliyyələşdirilməsi nəzərdə tutulur.




Bu tədbirlərə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”, “Su ehtiyatlarından səmərəli
istifadəyə dair Milli Strategiya”, “Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət
Proqramı”, eləcə də “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr
daxildir.

Eyni zamanda, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı
xərclərinin mühüm hissəsinin Böyük Qayıdış Proqramının icrasına,
ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin
gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası
ilə bağlı xərclərin proqnozlaşdırılması zamanı Böyük Qayıdış II
planının layihəsi də nəzərə alınıb.