
Bakı. Trend:
Azərbaycan və Vyetnam arasında birbaşa hava əlaqələrinin
yaradılması imkanları dəyərləndirilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə
Heyətinin sədri Samir Rzayev sosial media hesabında paylaşım
edib.
“Dünən Vyetnamın Vietjet Air aviaşirkətinin, Sovico Group və
Vingroup şirkətlərinin nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycan və Vyetnam arasında birbaşa hava
əlaqələrinin yaradılması, Vietjet Air aviaşirkətinin Bakı və
ölkəmizin regional hava limanlarına uçuşlar həyata keçirməsi
perspektivləri, eləcə də Azərbaycan Hava Yolları ilə potensial
əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq.
Beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi, yeni
aviaşirkətlərin cəlb edilməsi və hava əlaqələrinin şaxələndirilməsi
strateji prioritetlərimiz sırasındadır”, – paylaşımda qeyd
edilib.
Xəbər yenilənəcək…

