
Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun
vurulacaq.
Son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qarabağ” “İmişli”nin qonağı olacaq. Yevlax
şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.
Turnir cədvəlində Ağdam təmsilçisi 13 xalla 3-cü, İmişlinin
eyniadlı klubu 4 xalla 9-cudur.
Turun bağlanış oyunu “SOCAR Polymer Arena”da “Şəfa” və “Turan
Tovuz” komandaları arasında olacaq. Qarşılaşma saat 18:30-da start
götürəcək.
Aktivində 11 xalı olan Tovuz klubu 4-ci sırada yer alıb. Bakı
təmsilçisi isə 3 xalla 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a
2:0, “Sumqayıt” “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib, “Neftçi” –
“Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) görüşləri isə heç-heçə ilə
yekunlaşıb.

