Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres
şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla
çıxış edib.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım İsmayılov
birdən qaldırma hərəkətində 139 kiloqram nəticə göstərərək üçüncü
yeri tutub.




İdmançı təkanla qaldırma hərəkətində də uğurlu çıxış edərək 175
kiloqram çəkinin öhdəsindən gəlib və bürünc medala sahib olub.

Beləliklə, iki hərəkətin cəmində 314 kiloqram nəticə göstərən
Qasım İsmayılov Avropa birinciliyinin daha bir bürünc medalını
qazanıb.