Almaniya ordusu üçün vaksinasiya məcburi oldu

08:30 25-11-2021 14

Almaniyanın Müdafiə Nazirliyi Bundesferin hərbi qulluqçuları üçün koronavirus peyvəndini məcburi etmək qərarına gəlib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, müvafiq qərar çərşənbə günü Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer tərəfindən qəbul edilib.

Məcburi vaksinasiyanın Bundesferin 180 mindən çox hərçisinə şamil edələcəyi bildirilib. Peyvənddən imtina edənlərin intizam məsuliyyətinə cəlb olunacağı vurğulanıb.

Qeyd edək ki, Almaniyada COVID vaksinasiyaya ötən ilin dekabr ayının sonunda başlanılıb. Ölkədə “Pfizer/ BioNTech”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndlərindən istifadə olunur.

Mənbə: TASS