Müdafiə Nazirliyi Ermənistan mediasının yaydığı məlumatı təkzib etdi

19:30 22-11-2021 15

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir”, - deyə MN-in məlumatında qeyd olunur.