Azərbaycan xüsusi təyinatlıları şərti antiterror əməliyyatı keçirdi - VİDEO

18:00 22-11-2021 16

Əlahiddə Ümumqoşun Orduda növbəti taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Nuhçıxan İnformasiya Agentliyi xəbər yayıb.

Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.

Taktiki-xüsusi təlimin ssenarisinə uyğun olaraq pilotsuz uçuş aparatlarından və digər kəşfiyyat vasitələrindən əldə edilmiş məlumata əsasən düşmənin xüsusi hazırlıq keçmiş terror qruplaşmaları dinc və sabitlik şəraitində yaşayan insanlara qarşı təxribat törətmək üçün silah-sursat anbarlarına qanunsuz daşıma fəaliyyəti həyata keçirirlər.

Təxribata hazırlaşan terror qruplaşmasının rəhbərinin sağ olaraq ələ keçirilməsi və dinc insanları hədəf alan silah-sursat anbarlarının aşkarlanaraq məhv edilməsi məqsədilə xüsusi təyinatlı bölmələrimiz antiterror əməliyyatı keçirir.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırılıb.

Mərasimdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev xüsusi təyinatlı bölmələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində olduğu kimi təlimlər zamanı da tapşırıqların yüksək peşəkarlıqla icra edilərək qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu diqqətə çatdırıb.

Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.