Bayden pandemiya ilə mübarizədə Trampdan daha üstün olduğunu açıqladı

03:15 28-10-2021 14

ABŞ Prezidenti Co Bayden eks-prezident Donald Trampı tənqid edib.

Tənqidlərə səbəb vaksinasiya templərini aşağı olması və iş yerlərinin bağlanması olub.

“Tramp 90 il ərzində öz dövründə bağlanan iş yerlərinin sayı açılan iş yerlərinin sayından çox olan ilk prezident oldu. Biz isə 9 ay ərzində ABŞ tarixində bu periodda ən çox iş yeri açmışıq”, - deyə C.Bayden bildirib.

O qeyd edib ki, vaksin Donald Trampın dövründə hazırlansa da, həmin vaxt sadəcə iki milyon amerikalı peyvənd olunub. Baydenin prezidentliyi dövründə isə bu rəqəm 190 milyonu keçib.

Mənbə: RİA Novosti