Mövsümün ilk “El-Klasiko”sunda “Real” qələbə qazandı - VİDEO

20:25 24-10-2021 21

İspaniya La Liqasında X turu mövsümün ilk “El-Klasiko”su ilə əlamətdar olub.

Tutun mərkəzi görüşü “Nou Kamp”da “Barselona” və “Real Madrid” arasında keçirilib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero “Barselona”nın təsəlli qolunun müəllifi olub.

Bununla da 9 oyundan sonra aktivində 20 xal olan “Real Madrid” ilk pillədə yer alıb. “Barselona” isə 15 xalla 8-cidir.