Namik “Bursaspor”da qol hesabını açdı, komandası qələbə qazandı - VİDEO

19:45 24-10-2021 15

Milli komandamızın hücumçusu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” Türkiyənin 1-ci liqasında növbəti oyununu keçirib.

Komanda X turda “Balıkesirspor”la üz-üzə gəlib.

Qarşılaşma “Bursaspor”un 2:0 hesablı qələbəsi ilə bitib.

Matça start heyətdə başlayan Ələskərov 29-cu dəqiqədə görüşdə ilk qola imza atıb.

Bu, Namikin Bursa təmsilçisinin heyətində rəsmi qarşılaşmalarda ilk qolu olub.

Yarımmüdafiəçi 88-ci dəqiqədə əvəzlənib.

Doqquz oyundan sonra xallarının sayını 11-ə çatdıran “Bursaspor” 9-12-ci yerləri bölüşdürür.

Namikin qolunun videosunu təqdim edirik: