Bakıda 35 yaşlı qadın özünü asdı - FOTO

18:40 23-10-2021 18

Bakıda intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın 28 may küçəsi 10 ünvanında yerləşən binada qeydə alınıb.

1986-cı il təvəllüldü Nigar Məmmədova özünü asaraq intihar edib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib. Meyit aidiyyəti üzrə morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.