“Zadəganlar” autsayderi meydana çıxmağa peşman etdi

18:00 23-10-2021 28

İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Çelsi” və “Norviç” klubları üz-üzə gəlib. 

milletinsesi.info xəbər verir ki, keçirdiyi səkkiz oyundan sonra 19 xal toplayan və ilk pillədə qərarlaşan “zadəganlar” bu qarşılaşmada iki xalla sonuncu yerdə olan “Norviç”ə heç bir şans verməyib: 7-0. 

“Çelsi”nin heyətində Maunt(8, 85, 90+1), Hadson-Odoi (18), Ceyms (42), Çiluell (57) fərqlənib. 62-ci dəqiqədə “Norviç”in heyətində Aarons avtoqola imza atıb. 

Bundan başqa, 65-ci dəqiqədə qonaqların heyətində Gibson ikinci sarı vərəqə alaraq, meydandan qovulub.