Vüsal İsgəndərlidən Türkiyədə son dəqiqə qolu: Komandası sonuncu pillədən xilas oldu

17:10 23-10-2021 22

Türkiyə birinci divizyonunda mübarizə aparan “Ankara Keçiörengücü” bu gün doğma meydanda “İnstanbulspor” ilə qarşılaşıb. 

milletinsesi.info xəbər verir ki, qarşılaşda azarkeşlər 5 qolun şahidi olublar. 

Oyunda 3-2 hesabı ilə meydan sahibləri qələbə qazanıb. “Ankara Keçiörengücü”nün qələbə qolunu azərbaycanlı futbolçu Vüsal İsgəndərli vurub. 

61-ci dəqiqədə meydana daxil olan V.İsgəndərli oyunun əsas vaxtına əlavə edilmiş 7-ci dəqiqədə fərqlənib. 

Bu qələbə ilə “Ankara Keçiörengücü” birinci divizyonun sonuncu pilləsindən xilas olub.