Bakıda DƏHŞƏTLİ QƏZA: Minik avtomobili deformasiyaya uğradı - FOTO/VİDEO

11:30 23-10-2021 13

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan kiçiktutumlu yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Toyota” deformasiyaya uğrayıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.