Ronaldu yığmadan gedişi barədə danışıb

23:45 22-10-2021 25

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yığma komandanı nə vaxt tərk edəcəyilə bağlı sualı cavablandırıb.

O, bunun üçün hələ tez olduğunu bildirib.

“Axı niyə? Düşünürəm ki, hələ vaxtı çatmayıb. Qaça, rəqibi topla aldada, qapıya zərbə vura bilməsəm...Axı bunların hamısı məndə hələ ki, var. Odur ki, davam etmək və daha yüksək səviyyələrə qalxmaq istəyirəm”, -deyə ulduz futbolçu bəyan edib.

Qeyd edək ki, ötən ay 36 yaşlı hücumçu seçmə komandada vurduğu qolların sayına görə (115) dünya rekordunu yeniləyib.

Mənbə: Sports.ru