BMT və Türk Evi önündə fövqəladə vəziyyət: Ərazi mühasirəyə alındı, yollar bağlandı - FOTO

23:05 22-10-2021 16

Nyu-Yorkdakı BMT-nin baş qərargahı və Türk Evi önündə şübhəli bağlama aşkar edilib.

Hadisə ilə bağlı ərazidə fövqəladə hal elan olunub.

Polis və təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçərək məhəlləni mühasirəyə alıb, yaxınlıqdakı avtomobil yollarını bağlayıb, ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

Lakin bir müddət sonra həyəcan üçün səbəb olmadığı anlaşılıb və naməlum qutunun təhlükə törətmədiyi bildirilib.

Qısa müddət sonra isə mühasirə aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa edilib.

Mənbə: TASS