Hacıqabulda oğlan anasının evindən külli miqdarda oğurluq etdi

22:50 22-10-2021 19

Oktyabrın 5-dən 20-dək olan müddətdə Hacıqabul şəhəri ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.