Moldovada “Əbədi məşəl” söndürüldü, fövqəladə vəziyyət elan edildi – FOTO

22:20 22-10-2021 16

Moldovada mavi yanacaq böhranı yaşanır.

Ölkədə təbii qaz çatışmazlığı səbəbindən paytaxt Kişineudakı “Əbədiyyət” memorial kompleksindəki “Əbədi məşəl” müvəqqəti olaraq söndürülüb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi sosial şəbəkə səhifəsində məlumat yayıb.

Məşəlin böhranın həll olunmasınadək yandırılmayacağı bildirilib.

Qeyd edək ki, oktyabrın 22-də Moldova parlamenti yaranmış mavi yanacaq çatışmazlığını nəzərə alaraq, ölkə ərazisində 30 sutkalıq fövqəladə vəziyyət elan edib.