Türkiyənin gündəmi olan cinayət: Gülərək qardaşının meyitini suladıqlarından danışdı - VİDEO

19:50 22-10-2021 18

Türkiyədə beş il əvvəl itkin düşən DJ Gezginin (Mehmet Karahan) bacısı Fatma Karadağ onun ölümü ilə bağlı qəribə etiraflar edib.

A TV kanalında Müge Anlının proqramında danışan qadın qardaşını sevgilisi Camal Durmazın öldürdüyünü demişdi.

O bildirb ki, sevgilisi onun qardaşını döyərək çənəsini sındırıb və bu səbəbdən mərhum günlərlə yemək yeyə bilməyib.

“Öləndən sonra günlərlə qardaşımın cəsədi ilə bir evdə qaldıq. C.Durmaz cəsədi tualetdə oturtdurdu. Hər səhər qardaşımın cansız bədənini çiçəkləri suladığımız kimi sulayırdıq. İy gəlməsin deyə ətir də vururduq”, - Fatma Karadağ gülərək deyib.

Onun belə reaksiyası auditoriya tərəfindən təəccüb və qınaqla qarşılanıb.