Bakı-Şamaxı yolunda məsuliyyətsiz sürücüdən qəribə hərəkət - VİDEO

12:50 22-10-2021 14

Bakı-Şamaxı yolunda sürücü məsuliyyətsizliyi yolda hərəkət edən digər nəqliyyat vasitəsində quraşdırılmış kamera tərəfindən qeydə alınıb. 

milletinsesi.info-ın məlumatına görə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yolda hərəkətdə olan 10-NA-061 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin arxa təkəri oxundan çıxıb.

Sürücünün hadisədən xəbərdar olduğu halda maşını bu formada idarə etməsi diqqətçəkən məqamdır. Avtomobili qəzalı vəziyyətdə idarə edən şəxs hadisəni lentə alan sürücünün xəbərdarlığından sonra nəqliyyat vasitəsini dayandırıb.